Millətlər Liqası: "Dördlər finalı"ı bu ölkədə

13:58 - 29 Noyabr 2022

UEFA Millətlər Liqasında “dördlər finalı”nın keçiriləcəyi ölkənin adı məlum olub.

 

Sportal.az xəbər verir ki, yarışa Niderland ev sahibliyi edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

 

Yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda görüş iyunun 18-də keçiriləcək. Püşkatma mərasimi yanvar ayında olacaq.

 

Qeyd edək ki, “dördlər finalı”nda A Liqasında qrup qalibləri – Niderland, Xorvatiya, İtaliya və İspaniya yığma komandaları mübarizə aparacaq.

Xəbər xətti