DÇ-2022: 1/8 final mərhələsinin ilk cütlükləri bəlli oldu

10:05 - 30 Noyabr 2022

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin ilk cütlükləri məlum olub.

Sportal.az xəbər verir ki, A qrupunu lider kimi bitirən İngiltərə pley-off mərhələsində B qrupunda ikinci olan Seneqalla qarşılaşacaq. 

B qrupunun lideri Niderland isə A qrupunun ikincisi ABŞ-la oynayacaq. Həmin qarşılaşmalar dekabrın 3 və 4-də keçiriləcək.

​1/8 final mərhələsi

İngiltərə - Seneqal
Niderland - ABŞ

Xəbər xətti