Dünya çempionatında ilk yaşanacaq

10:31 - 30 Noyabr 2022

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin üçüncü turunun Almaniya - Kosta-Rika matçının hakimləri bəlli olub.

Sportal.az xəbər verir ki, qarşılaşmanı qadın referi Stefani Frappart idarə edəcək.

Fransalı hakim mundiallarda ilk qadın referi kimi tarixə keçəcək.

Matç dekabrın 1-də oynanılacaq.

Xəbər xətti