Portuqaliya nəhəngi klubla müqaviləsini yenilədi

11:34 - 30 Noyabr 2022

"Sportinq" baş məşqçisi Ruben Amorimlə müqavilə müddətini yeniləyib.

Sportal.az Lissabon klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı məşqçinin sözləşməsi 2026-cı ilin yayına qədər uzadılıb.

O, 2020-ci ilin mart ayından "Sportinq"ə rəhbərlik edir.

"Sportinq" hazırda Portuqaliya çempionatında 4-cü pillədədir.

Xəbər xətti