Braziliya Kamerun qarşısına ehtiyat oyunçularla çıxacaq

11:48 - 30 Noyabr 2022

Braziliya millisi dekabrın 2-də DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda Kamerunla qarşılaşacaq.

Sportal.az "O Globo"ya istinadən xəbər verir ki, məşqçilər korpusu Kamerunla matçda ehtiyat oyunçulara şans evrmək qərarına gəlib.

Bu qərar isə bəzi aparıcı oyunçuların zədəli olması və turnir cədvəlindəki qrafikə görə verilib. Üstəlik, komanda 1/8 final mərhələsinə vəsiqəni ötən tur təmin edib.

​Neymar, Aleks Sandro və Danilonun zədə səbəbindən Kamerunla matçda meydanda olmayacağı isə əvvəlcədən bəlli idi. 

Xəbər xətti