"Çelsi" Portuqaliya millisinin qapıçısı üçün danışıqlara başladı

12:53 - 30 Noyabr 2022

"Portu"nun və Portuqaliya millisinin əsas qapıçısı Dioqo Koşta İngiltərəyə köçməyə hazırlaşır.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "əjdahalar"ın qapıçısı "Çelsi"nin transfer siyahısındadır.

London təmsilçisi Portuqaliya klubuna 70 milyon avro ödəyəcək.

Artıq danışıqlara başlanılıb.

"Zadəganlar"dan savayı "Tottenhem" və "Mançester Yunayted" də Koştanı heyətinə qatmaqda israrlıdır. 

Xəbər xətti