20 yaşlı futbolçu dünyasını dəyişdi

13:34 - 30 Noyabr 2022

"Atletiko Tukuman"ın 22 yaşlı yarımmüdafiəçi Andres Balanta dünyasını dəyişib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həkimlər məşq zamanı huşunu itirən kolumbiyalı futbolçuya yerindəcə ilkin yardım göstəriblər. 

Bundan sonra futbolçu xəstəxanaya çatdırılıb və orada həyatını itirib.

2019-cu ildə Balanta məşq zamanı bir dəfə də huşunu itiribmiş. Amma analizlər hər şeyin qaydasında olduğunu göstərmişdi. 

Balanta 2022-ci ilin iyun ayından "Atletiko Tukuman"da icarə əsasında çıxış edir. O, müqavilə ilə Kolumbiyanın "Deportivo Kali" klubuna məxsusdur.

2000-ci il təvəllüdlü futbolçu Kolumbiyanın U-17, U-20 və U-23 yığmalarının sabiq üzvüdür.

 

Xəbər xətti