DÇ-2022: Fransa millisinin qapısı 37 yaşlı futbolçuya əmanət

13:48 - 30 Noyabr 2022

Fransa millisinin qolkiperi Stiv Mandanda DÇ-2022-də debüt edə bilər.

Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, 37 yaşlı kiperin mundialın son turunda Tunislə matçda meydana çıxacağı gözlənilir.

Qrupdakı ilk iki oyunda Fransa millisinin qapısını kapitan Uqo Lloris qoruyub.

Komanda artıq 1/8 finala vəsiqəni ilk iki turda qazandığı qələbə ilə təmin edib. 

Xatırladaq ki, Tunis – Fransa matçı bu gün saat 19:00-da start götürəcək. 

2008-ci ildən Fransa millisinin qapısını qoruyan Mandanda indiyə qədər 34 matçda meydana çıxıb.

Xəbər xətti