"İnsanlara komandam haqda pis sözlər söyləməyi qadağan edirəm"

14:51 - 30 Noyabr 2022

Uels millisinin baş məşqçisi Rob Peyc 2022-ci il dünya çempionatının qrup mərhələsinin 3-cü turunun matçında İngiltərəyə uduzaraq (0:3) turnirdəki çıxışlarını başa vurmaları barədə danışıb.

Sportal.az FİFA-ya istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis qrupdan çıxa bilməsələr də, komandasından razı qaldığını bildirib:

"İndi bizim üçün çox çətindir. İlk hissədə əla oynadıq. Hətta topa sahib olmadan da hərəkətli idik. İnsanlara komandam haqda pis sözlər söyləməyi qadağan edirəm. Mundiala düşməyin özü artıq böyük nailiyyətdir. Futbolçularıma demək istəyirəm ki, məyus olmasınlar, gələcəyi mizi qurmalıyıq".

 

Xəbər xətti