DÇ-2022: Asiyalıların aparıcı üzvü sonuncu turu buraxa bilər

15:34 - 30 Noyabr 2022

"Napoli"nin cənubi koreyalı müdafiəçisi Kim Min Jae sıradan çıxıb.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, asiyalı futbolçu Cənubi Koreya millisinin heyətində DÇ-2022-nin qrup mərhələsinin Qana ilə görüşündə zədələnib.

Futbolçunun qrup mərhələsinin üçüncü turunda Portuqaliyaya qarşı keçiriləcək görüşdə meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.

Xatırladaq ki, H qrupunda mübarizə aparan Cənubi Koreya ilk görüşdə Uruqvayla 0:0 oynasa da, Qanaya 2:3 uduzub. Dekabrın 2-də isə Min Jaenin rəhbərlik etdiyi kollektiv 19:00-da Portuqaliya ilə qarşılaşacaq. 

Xəbər xətti