Azərbaycan Kubokunun başlama vaxtı bilindi

16:58 - 30 Noyabr 2022

6-9 dekabr tarixlərində kikboksinq üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan Kuboku yarışı təşkil olunacaq.

Sportal.az xəbər verir ki, yarış üçün qeydiyyat artıq başlayıb. Qeydiyyat prosesi 4 dekabr 23:59-dək davam edəcək.

5 dekabrda yeniyetmə və gənclərin, 7 dekabrda isə böyüklərin çəkiölçmə mərasimi keçiriləcək. Yeniyetmələr (2007-2008) "Low kick", gənclər (2005-2006) və böyüklər (18 yaşı tamam olmuş) "Low kick" və "Full contact" qaydalarına uyğun olaraq yarışacaqlar.

Bakı İdman Sarayında keçiriləcək yarış növbəti il üçün yeniyetmə və gənclər, eləcə də böyüklərdən ibarət millinin heyətini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Gələn il uşaq, yeniyetmə və gənclərin Avropa çempionatı Türkiyənin İstanbul şəhərində (25 avqust – 3 sentyabr) və böyüklərin dünya çempionatı Portuqaliyanın paytaxtı Lissabonda (noyabr) keçiriləcək.

Xəbər xətti