"Zaqatala" "Zirə"ni məğlub etdi - VİDEO

19:22 - 30 Noyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda XII turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, "Zirə-2" öz meydanında "Zaqatala"nı qəbul edib. Qarşılaşma bölgə klubunun 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 16-ya yüksəldən "Zaqatala" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Zirə-2" isə 12 xalla 12-ci yerdədir.

 

"Zirə-2" - "Zaqatala" 1:2

Qollar: Xəqani Sadıxov, 79 - Rəhman Şabanov, 41, Emin Quliyev, 81

Qırmızı vərəqə: Elmar Rəhimov, 37

 

Xəbər xətti