Çağırış Kuboku: Azərbaycan klubu mərhələ adladı

19:38 - 30 Noyabr 2022

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab oyununda Slovakiyanın "Slaviya" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Azerreyl"in 3:0 hesablı qələbəsi ilə başa çatıb - 3:0 (26:24, 25:14, 25:21).

 

İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan klubu 1/16 final mərhələsinə yüksəlib.

 

Qeyd edək ki, "Azərreyl" növbəti mərhələdə Almaniyanın "VFB 91 Zul" komandası ilə qarşılaşacaq.

Xəbər xətti