Pelenin səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi

20:02 - 30 Noyabr 2022

Braziliyalı əfsanəvi futbolçu Pelenin səhhəti pisləşib.

 

Sportal.az xəbər verir ki, 82 yaşlı keçmiş hücumçu xəstəxanaya yerləşdirilib. Xərçənglə mübarizə aparan və kimyaterapiya alan Pelenin ürəyində problem yaranıb. O, hazırda San Pauloda yerləşən xəstəxanadadır.

 

Pelenin ürəyi ilə yanaşı bədənində şişlər olduğu bildirilir.

Xəbər xətti