"Qalatasaray"da Mauro İkardi şoku

21:57 - 30 Noyabr 2022

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sıradan çıxıb. Komandanın məşqi zamanı əzələsində ağrı hiss edən argentinalı forvard hazırlıq prosesini yarımçıq tərk edib.

 

Klubdan verilən açıqlamada 29 yaşlı futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyi bildirilib.

 

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini mövsümün əvvəlində PSJ-dən icarəyə götürüb. Təcrübəli oyunçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 6 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti