"Qarabağ"la oyundan əvvəl "Neftçi"də iclas

22:09 - 1 Dekabr 2022

"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bakcell Arena"da baş tutan iclasda əvvəlcə son 5 ildə görülən işlərlə bağlı hesabat dinlənilib.

 

Daha sonra növbəti dövrlər üçün klubun ümumi strategiyası, investisiya planları, infrastrukturun layihələri, media və marketinqdə görüləcək işlər haqqında üzvlərə məlumat verilib.

 

İclasdan sonra Müşahidə Şurasının üzvləri A komanda ilə görüşüb və onlara dekabrın 2-də "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI tur oyununda uğurlar arzulayıblar.

Xəbər xətti