Türkiyə millisinin üzvü "Beşiktaş"a keçir

17:13 - 5 Dekabr 2022

"Fatih Karagümrük"dən ayrılan Caner Erkin karyerasını sabiq klubunda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Beşiktaş" maraqlıdır. İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş Türkiyə millisinin üzvü ilə telefon danışığı aparıb və onu komandaya dəvət edib.

 

Təcrübəli müdafiəçi cari mövsümdə "Fatih Karagümrük"ün heyətində meydana çıxdığı 12 matçda 6 qol ötürməsi ilə yadda qalıb.

 

Qeyd edək ki, Caner Erkin 2016-2020-ci illərdə "Beşiktaş"da çıxış edib.

Xəbər xətti