Ulduz futbolçu daha 1 il "Milan"da qalacaq

17:44 - 5 Dekabr 2022

"Milan"nın hücumçusu Olivye Jiru daha bir mövsüm komandada qalacaq.

 

Sportal.az xəbər verir ki, Fransa yığmasının üzvü dünya çempionatı bitdikdən sonra A Seriyası təmsilçisi ilə yeni müqavilə imzalayacaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Anlaşmanın müddəti 2024-cü ilin yayına kimi olacaq.

 

Qeyd edək ki, Olivye Jiru "Milan"a 2021-ci ilin yayında "Çelsi"dən transfer olunub. O, komanda ilə 1 dəfə İtaliya çempionluğu yaşayıb.

Xəbər xətti