Poruqaliya milli komandasının baş məşqçisi Fernando Santos Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubuna keçəcəyi iddiaları barədə danışıb.
Sportal.az xəbər verir ki, 68 yaşlı mütəxəssis bu transfer haqda məlumatsız olduğunu bildirib:
"Kriştiano Ronaldo ilə "Əl-Nəssr"ə transferi haqda danışmamışam. Oyunçularımla görüşdüm, ancaq bu mövzudan xəbərim yoxdur. Kriştiano da daxil olmaqla komanda olaraq yalnız dünya çempionatına köklənmişik".
Qeyd edək ki, "Marca" nəşri Kriştiano Ronaldonun "Əl-Nəss" klubu ilə 2,5 illik müqavilə imzalayacağı barədə xəbər yayıb.