Azərbaycan təmsilçisi İtaliyada turnirə qatılacaq

18:16 - 5 Dekabr 2022

Futzal üzrə Azərbaycan İkinci Liqasında çıxış edən “Advokat” komandası vəkillər arasında təşkil edilən (7*7) beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, “Siciliya Vəkillər Kuboku-2022” dekabrın 8-dən 12-dək İtaliyanın Kataniya şəhərində keçiriləcək. 

 

Dekabrın 7-də adıçəkilən turnirə qatılmaq üçün səfərə çıxacaq “Avdokat” Azərbaycan Futzal Federasiyasına müraciət edib və komandanın dekabrın 11-də IX tur çərçivəsində “Çinar-Zəngilan”la keçirilməli olan oyununu təxirə salmağı xahiş edib. Komandanın beynəlxalq turnirə qatılmasına dəstək məqsədi ilə federasiya müraciəti müsbət cavablandırıb. Buna görə də “Çinar-Zəngilan”la qarşılaşma “Advokat” Bakıya döndükdən sonra keçiriləcək. 

Xəbər xətti