"Milan" və "Napoli" türkiyəli futbolçunu istəyir

18:33 - 5 Dekabr 2022

Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Fərdi Kadıoğlu karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə "Milan" və "Napoli" yaxından maraqlanır. Bu barədə Türkiyə millisinin üzvünün atası Feyzullah Kadıoğlu məlumat verib:

 

"Napoli" və "Milan" oğlum üçün bizimlə əlaqə saxlayıb. "Fənərbaxça"nı çempion etmədən heç kimlə görüşməyəcəyik. Öncə "Fənərbaxça".

 

Qeyd edək ki, Fərdi Kadıoğlu "Fənərbaxça"ya 2018-ci ilin yayında Niderlandın "Neymeqen" klubundan transfer olunub. Türkiyəli futbolçu cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 19 matçda1 qol ötürməsi ilə yadda qalıb.

 

Xəbər xətti