DÇ-2022: Fransa millisinin aparıcı üzvü məşqlərə qoşuldu

21:30 - 7 Dekabr 2022

Fransa millisinin üzvü Kilian Mbappe kollektivlə məşqlərini bərpa edib.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, bazar ertəsi kollektiv məşqlərə qoşulmayan forvard bu gün komanda ilə birgə çalışıb. O, Fransa millisinin Polşa ilə görüşündən sonra kollektivlə birlikdə keçirilmiş kollektiv məşqi yüngül ağrılara görə buraxmışdı.

Xatırladaq ki, dünya çempionatının 1/4 finalının Fransa – İngiltərə görüşü dekabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Xəbər xətti