Mahir Emreli Xorvatiyaya bu tarixdə qayıdacaq

22:34 - 7 Dekabr 2022

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin "Dinamo"nun (Zaqreb) düşərgəsinə qayıdacağı tarix müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı forvard 19 dekabr tarixində Xorvatiya klubuna qoşulacaq. Baş məşqçi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya seçmələrinə qarşı yoldaşlıq oyunlarında iştirak edən Emreliyə əlavə istirahət verib.

 

Qeyd edək ki, Mahir Emreli bu ilin fevralından "Dinamo"da çıxış edir. Millimizin üzvü cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 3 qol vurub.

Xəbər xətti