Ayxan Abbasov: "Əlimizə düşən epizodlardan istifadə etdik"

16:43 - 9 Dekabr 2022

"Turan Tovuz" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun maraqlı alındı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Matça yaxşı başlasaq da, ilk hissədə qol buraxdıq. Qoldan sonra futbolçularımız toparlandı. Xəyalın, Sadiqin zədələnməyi yenə planlarımızı dəyişdi. ikinci hissədə əlimizə düşən epizodlardan istifadə etdik, oyuna nəzarəti ələ aldıq. "Neftçi" ilə çempionat oyununa, daha sonra kubokun cavab matçına hazırlaşacağıq. 


- Qış planlarınız məlum olub?

- Təlim-məşq toplanışı, yoldaşlıq oyunları barədə plan qurulub. Premyer Liqada ilk ilimiz idi, komanda yenidən qurulmuşdu. Bəzi transferlərimiz uğurlu ola bilər, bəzilərinə adaptasiya üçün vaxt lazım ola bilər. Bizi sevindirən odur ki, tez bir zamanda kollektiv formalaşdıra bildik. Çalışacağıq ki, günü-gündən inkişaf edək. 


- Təlim-məşq toplanışı harada nəzərdə tutulab?

- Antalyada olacaq. 3 yoldaşlıq görüşü planlaşdırılır. Qarşıdakı günlərdə rəqiblərlə bağlı rəsmi məlumat verəcəyik.


- Komandaya yeni oyunçular dəvət olunacaq?

- Qışda transfer etmək çətindir. Bəzi mövqelər var ki, orada rəqabət olmasını istəyirik. Olmasa da, bu futbolçularla davam edəcəyik.


- Hansı mövqelərə transfer nəzərdə tutulur?

- Cinah müdafiəçisi istəyirik. Ehtiramla Şakirə bir şey olsa, fikirləşirik ki, orada kimi oynadaq. Orta xəttə də oyunçu istəyərdik. Görək necə olur. 


- Yerli, yoxsa əcnəbi transferinə üstünlük verəcəksiz?

- Klublarında az oynayan yerli futbolçular var. Amma gerçək odur ki, klublar həmin oyunçuları buraxmır. Yəqin ki, legioner transfer edəcəyik.

 

Elçin Əlixan

Xəbər xətti