Modriç karyerasını bitirmək istədiyi klubu açıqladı

22:25 - 12 Dekabr 2022

"Real"ın futbolçusu Luka Modriç gələcəyi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi karyerasını Madrid klubunda bitirmək istədiyini bildirib:

 

"Hazırda dünya çempionatına köklənmişəm. Nələrin olacağını görəcəyik. Təbii ki, karyeramı "Real"da bitirmək istəyirəm. Amma heç nəyi yüz faiz deyə bilmərik. Karyeramı "Real"da başa vurmaq xəyalımdır".

 

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ildə "Tottenhem"dən transfer edib.

Xəbər xətti