"Qəbələ" "Qarabağ"la oyuna itkilərlə hazırlaşır

20:35 - 14 Dekabr 2022

“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

 

Sportal.az xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Rafael Utziqin bərpa prosesi davam edir. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyununda (2:2) zədələnən İlkin Qırtımov bərpa prosesi keçir.

 

Qeyd edək ki, "Qəbələ" növbəti matçını Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"a qarşı keçirəcək. Qarşılaşma 19 dekabr tarixində baş tutacaq.

Xəbər xətti