"Sumqayıt"ın keçmiş baş məşqçisi "Şaxtyor"u çalışdıracaq

10:49 - 16 Dekabr 2022

"Sumqayıt"ın keçmiş baş məşqçisi Aleksey Baqa karyerasını ölkəsində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, belaruslu mütəxəssis "Şaxtyor"la anlaşıb. Bu barədə yerli mətbuat məlumat yayıb. Soliqorsk təmsilçisi hazırda komandanın baş məşqçisi olan Miliç Çuriçiçlə yollarını ayırdıqdan sonra Baqanın təyinatı rəsmiləşəcək.

 

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabr ayından bu ilin sentyabrınadək "Sumqayıt"a rəhbərlik edib. "Kimyaçılar" cari mövsümdə 41 yaşlı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 7 oyunun 4-də məğlub olub, 3 dəfə isə heç-heçə edib.

Xəbər xətti