"Şamaxı"da oynadığım üçün çox xoşbəxtəm"

13:32 - 16 Dekabr 2022

"Şamaxı" Bahadur Həziyevin müqaviləsini 2,5 il müddətinə uzadıb.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb. O, "Şamaxı"da oynadığı üçün xoşbəxt olduğunu deyib:

 

"Yeni müqavilə imzaladığım üçün klub rəhbərliyi və məşqçilər heyətinə təşəkkür edirəm. Mənim üçün də yeni müqavilə çox xoş oldu. "Şamaxı"da oynadığım üçün çox xoşbəxtəm, azarkeşlərə də təşəkkür edirəm ki, heç vaxt bizi tək qoymurlar.

 

Öz oyunum haqda da deyə bilərəm ki, kifayətlənmək olmaz, öz üzərimdə çalışıb daha da yaxşı formada olmalıyam. "Şamaxı" ailəsinin hər bir üzvünə təşəkkür edirəm".

Xəbər xətti