"Qarabağ" - "Qəbələ" matçında sülh - VİDEO

21:17 - 16 Dekabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda XV tura start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün "Qarabağ-2" öz meydanında "Qəbələ-2"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Xallarını 21-ə yüksəldən "Qəbələ-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 15 xalı olan "Qarabağ-2" isə 12-ci yerdədir.

 

"Qarabağ-2" – "Qəbələ-2" - 1:1
Qollar: 
Seyxan Fərəcov, 39 – Rauf Məhərrəmov, 42.

 

Xəbər xətti