Millimizin üzvü komandasını məğlubiyyətdən xilas edə bilmədi

10:30 - 17 Dekabr 2022

Futbol üzrə Niderland I Divizionunda 18-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Venlo"nu qıbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can da bu görüşün iştirakçısı olub. 24 yaşlı vinger 61-cı dəqiqədə meydana daxil olub.

 

18 turdan sonra 32 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti