"Turan Tovuz" kubokun cavab matçına 6 itki ilə çıxacaq

12:54 - 17 Dekabr 2022

"Turan Tovuz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində doğma meydanda "Kəpəz"lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi bu matça ciddi itkilərlə çıxacaq.

 

Hücumçu Natan Oduva və müdafiəçi Eltun Turabov cəza səbəbindən vacib görüşdə komandaya kömək edə bilməyəcək. Henri Okebuqvu, Xulu Siyanda, Ben Aziz Dao və Cavid Tağıyev isə zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək.

 

Qeyd edək ki, "Turan Tovuz" il oyunda səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. Cavab matçı 20 dekabr tarixində, saat 14:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

 

Elçin Əlixan

Xəbər xətti