"Neftçi" ilə matçdan öncə "Zirə"də son durum

14:18 - 17 Dekabr 2022

"Zirə" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, qarşılaşma öncəsi "qartallar"ın heyətində iki itki var.

 

"Neftçi" ilə 1/4 finalın ilk oyununda zədələnən Filipe Paxtman üçün 2022-ci il erkən başa çatıb. Braziliyalı hücumçu bu səbəbdən "Neftçi"yə qarşı oynamayacaq.

 

Premyer Liqanın 17-ci turunun "Şamaxı" ilə görüşündə zədələnən qapıçı Mehdi Cənnətovun durumu isə bəlli deyil. Onun oynayıb-oynamayacağı oyun günü bəlli olacaq.

 

Qeyd edək ki, "Zirə" ilk matçda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Revanş qarşılaşması 20 dekabr tarixində "Bakcell Arena"da baş tutacaq.

Xəbər xətti