"Sabah" Serbiya və Polşa klubları ilə qarşılaşacaq

14:55 - 17 Dekabr 2022

“Sabah” qış fasiləsi üçün hazırlıq planı bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda Türkiyədə toplanacaq.

 

Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı yanvarın 7-də başlayacaq. “Sabah” hazırlıq yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.

 

Komanda yanvarın 19-da Bakıya qayıdacaq.

Xəbər xətti