"Mbappe üçün Kriştiano Ronaldo toxunulmazdır"

17:12 - 17 Dekabr 2022

PSJ-nin futbolçusu, hazırda icarə əsasında "Leyptsiq"də çıxış edən Abdu Diallo maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi "Monako"da və PSJ-də komanda yoldaşı olan Kilian Mbappe haqda danışıb. O, fransalı hücumçunun Kriştiano Ronaldo fanatı olduğunu deyib:

 

"Lionel Messi və Kriştiano Ronaldonu müqayisə etsəniz, Mbappe bu mövzuda sizinlə bir saat mübahisə edə bilər. Ronaldo sözün əsl mənasında Kilian üçün hər şeydir, toxunulmazdır".

Xəbər xətti