"Qəbələ"nin futbolçusu: "Hədəfimiz çempionatda yuxarı pillələrə qalxmaqdır"

10:57 - 21 Dekabr 2022

"Qəbələ"nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Esportenewsmundo"ya danışan 25 yaşlı hücumçu məqsədlərinin çempionatda yuxarı pillələrə qalxmaq olduğunu deyib:

 

“Bu mövsüm yaxşı keçir. Komandama kömək edə bildiyim üçün şadam. 3 mövqedə oynaya bilirəm. Bu, çox yaxşıdır. Rəqibdən və baş məşqçimizin taktikasından asılı olaraq mövqeyim dəyişə bilir.

Ötən ilə nisbətən bu mövsüm daha yaxşıyam. Hədəfimiz liqada yuxarı pillələrə qalxmaqdır. Ölkə Kubokunda finala çıxa bilərik. Amma ilk olaraq yarımfinalda “Səbail”i məğlub etməliyik”.

 

Qeyd edək ki, Felipe Santos mövsümün əvvəlindən "Qəbələ"də çıxış edir. Braziliyalı forvard "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti