Messi PSJ-də qalacaq

22:41 - 21 Dekabr 2022

Lionel Messinin PSJ-dəki gələcəyi müəyyənləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu Paris təmsilçisi ilə yeni müqavilə barədə razılıq əldə edib. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb. 35 yaşlı hücumçunun sözləşməsi 2023/24 mövsümünün sonuna kimi uzadılacaq.

 

Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 19 matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə hazırkı müqaviləsi mövsümün sonunda bitir.

Xəbər xətti