"Qəbələ"nin müdafiəçisi "Turan Tovuz"a qarşı oynamayacaq

17:12 - 22 Dekabr 2022

“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.

 

Sporat.az xəbər verir ki,  Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununda (1:0) zədələnən Məqsəd İsayev bərpa prosesini davam etdirir. Onun sabah məşqlərə qoşulması gözlənilir.

 

Qeyd edək ki, "Qəbələ" dekabrın 24-də "Turan Tovuz"la qarşılaşacaq.

Xəbər xətti