"Kəpəz" ilin son matçına itkilərlə çıxacaq

13:15 - 25 Dekabr 2022

"Kəpəz" Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə "Zirə"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi ilin son matçına itkilərlə çıxacaq. "Sarı-göylər"in futbolçuları Zamiq Əliyev ilə Ruslan Süleymanov zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Zirə" - "Kəpəz" qarşılaşması bu gün saat 15:00-da start götürəcək.

Xəbər xətti