"Sabah"ın kollektivi şəhid ailələrini ziyarət etdi - VİDEO

11:35 - 30 Dekabr 2022

“Sabah” Futbol Klubu və titul sponsoru “Bank Respublika” Yeni il bayramı və həmrəylik günü ərəfəsində Masazırda məskunlaşmış şəhid ailələrini ziyarət edib.

 

Sportal.az xəbər verir ki, futbolçular, klubun və “Bank Respublika”nın nümayəndələri Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarına müxtəlif hədiyyələr təqdim edib, onlarla xatirə şəkil çəkdiriblər.

 

Görüş zamanı şəhid övladlarına atalarının qəhrəmanlıqları ilə daim fəxr etməli olduqları, onların Vətənimiz üçün etdiklərinin heç vaxt unudulmayacağı qeyd edilib.

 

Xəbər xətti