De Xeadan yeni müqavilə açıqlaması: "Burada olmaq böyük şərəfdir"

18:38 - 4 Yanvar 2023

Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatan David De Xea açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı qapıçı Premyer Liqa təmsilçisi ilə yeni sözləşmə barədə danışıqlar apardığını təsdiqləyib. 32 yaşlı qolkiper karyerasını "qırmızı şeytanlar"ın heyətində bitirmək istədiyini deyib:

 

"Müqavilə ilə bağlı rahatam. Əminəm ki, danışıqlar yaxşı formada bitəcək. Ümid edirəm karyeramı "Mançester Yunayted"də bitirəcəyəm. Bu, mənim klubumdur. Burada olmaq böyük şərəfdir və Mançesterdə çox xoşbəxtəm".

 

Qeyd edək ki, "Mançester yunayted" David De Xeanı 2011-ci ilin yayında "Atletiko"dan transfer edib. Təcrübəli "əlcək sahibi" cari mövsümdə İngiltərə klubunun heyətində 23 rəsmi matçda meydana çıxıb. De Xea 12 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti