"Roma"ya 1 qol bəs etdi - VİDEO

21:54 - 4 Yanvar 2023

İtaliya A Seriyasında 16-cı turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün "Roma" doğma meydanda "Bolonya"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 30-a yüksəldən "Roma" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Bolonya" isə 19 xalla 11-ci yerdədir.

 

"Roma" - "Bolonya" 1:0

Qol: Lorenso Pelleqrini, 6

 

Xəbər xətti