Tərlan Əhmədov bu futbolçunu Türkiyəyə aparmır

17:31 - 5 Yanvar 2023

Baş məşqçi Tərlan Əhmədovun qərarı ilə "Kəpəz"in əsas komandasında uzaqlaşdırılan Əli Səmədovun gələcəyi müəyyənləşməyib.

 

Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi hələ də əsas komandaya qaytarılmayıb. Kapitan "sarı-göylər"in Türkiyənin Antalya şəhərində baş tutacaq təlim-məşq toplanışına aparılmayacaq.

 

Əli Səmədovun mövsümün ikinci yarısını "Kəpəz"də davam etdirib-etdirməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.

Xəbər xətti