"Mançester Yunayted"in futbolçusu 1 il oynamaya bilər

22:49 - 5 Yanvar 2023

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Donni van de Beek sıradan çıxıb. Premyer Liqanın "Bornmut"la matçında dizindən zədələnən niderlandlı futbolçunun durumu ciddidir. 25 yaşlı oyunçu 1 il yaşıl meydanlardan uzaq qala bilər.

 

Qeyd edək ki, "Mançester Yunayted" Donni van de Beeki 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 10 matçda meydana çıxıb.

Xəbər xətti