"Qəbələ"nin Antalyada dördüncü günü

10:29 - 8 Yanvar 2023

“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.

 

Sportal.az “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının dördüncü gününü başa vurub. 

 

Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. Günün ilk məşqi fitnes zalında baş tutub. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. 

 

Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada keçirilib. Komanda üzvləri əsasən toplu çalışmaları yerinə yetiriblər. 

Xəbər xətti