"Real" tarixində ilk yaşandı

14:17 - 8 Yanvar 2023

"Real" İspaniya La Liqasının XVI turunda səfərdə "Vilyarreal"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, bu görüşdə Madrid təmsilçisinin tarixində bir ilk yaşanıb. "Kral klubu"nda tarixdə ilk dəfə olaraq start heyətdə ispan futbolçu yer almayıb.

Tarixi ərzində La Liqada 4436 oyun keçirən "Real" bu matçlarda ən azı 1 ispan oyunçunu oynatmışdı.

Xəbər xətti