"Milan" onun müqaviləsini uzadacaq

16:36 - 8 Yanvar 2023

İtaliyanın "Milan" klubu İsmael Bennaserlə yeni müqavilə ilə bağlı razılıq əldə edib.

Sportal.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçinin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi uzadılacaq. Rəsmi açıqlama növbəti həftə ediləcək.

25 yaşlı futbolçu illik 4 milyon avro maaş alacaq. Onun sərbəstqalma məbləği 50 milyon avro təyin ediləcək.

Qeyd edək ki, İsmael Bennaser "Milan"a 2019-cu ilin yayında "Empoli"dən transfer olunub. Futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti