"Turan Tovuz" moldovalı müdafiəçi ilə müqavilənin müddətini açıqladı

15:51 - 9 Yanvar 2023

Turan Tovuz” yeni transferi Denis Marandiç ilə müqavilənin müddətini açıqlayıb.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı sol cinah müdafiəçisi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

 

Moldova millisinin də şərəfini qoruyan Marandiç karyerası ərzində Portuqaliyanın “Leyriya” və Sloveniyanın “Çelye” komandalarının formasını geyinib. Onun son klubu Bosniya və Hersoqovina təmsilçisi “Jrinski” olub.

Xəbər xətti