Nazarov asist etdi, komandası 3 qolla sevindi

20:19 - 10 Yanvar 2023

Almaniyanın “Erzgebirge” komandası yoxlama oyununda qüvvəsini sınayıb. 

Sportal.az xəbər verir ki, III Bundesliqa təmsilçisi "Enerji Kottbus"la üz-üzə gəlib. Qarşılaşma Aue təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb

"Erzgebirge"də çıxış edən milli komandamızın üzvü Dmitri Nazarov da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana daxil olan 32 yaşlı yarımmüdafiəçi komandasının vurduğu ilk qolun ötürməsini edib.

Xəbər xətti