"Şamaxı"nın baş məşqçisi: "Hər şey yüksək səviyyədədir"

18:46 - 11 Yanvar 2023

"Şamaxı" Antalya toplanışı çərçivəsində ilk yolxama oyununu keçirib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Qazaxıstanın "Kaysar" klubu ilə 0:0 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli klubun mətbuat xidmətinə açıqlama verib:

"10 günlük fasilə oldu. Futbolçulara tapşırıq vermişdik ki, fasilədən sonra yükləmələr olacaq. Bakıda başladıq, istədiyimizi alındırdıq. Sonra Türkiyəyə gəldik. Bu oyunda istədik ki, komandanı yoxlayaq. Qarşıda 1 həftə vaxt var. Bundan sonra günə iki məşq planlaşdırırıq. Məşq üçün yaxşı şəraitimiz var. Bu imkanı yaratdıqları üçün rəhbərliyə təşəkkür edirəm. Hər şey yüksək səviyyədədir. Yanvarın 18-də daha bir oyunumuz var. Çalışacağıq ki, çempionatın son turundakı "Səbail"ə qarşı olan oyunu bu matçda da göstərək".

Xəbər xətti