"Turan Tovuz" İsveçrə klubunu məğlub etdi

18:43 - 13 Yanvar 2023

"Turan Tovuz" Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İsveçrənin "Aarua" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Görüşdə yeganə qolu Ayxan Hüseynov vurub.

 

Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında Rumıniyanın "Petrolul" klubuna 2:3 hesabı ilə məğlub olub. Qərb bölgəsi təmsilçisi son sınaq oyununda Polşa "Qurnik"i ilə qarşılaşacaq. Bu görüş yanvarın 17-də baş tutacaq.

Xəbər xətti